Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

İtkin düşən 13 yaşlı uşaqla bağlı rəsmi açıqlama


Baş Prokurorluğun internet səhifəsində yer alan məlumatda qeyd olunur ki, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb.

«Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib. Həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb» deyə açıqlamada bildirilir.

Məlumatda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi qeyd edilir.
Son vaxtlar yerli mətbuat Sumqayıtda uşaqların orqan mafiyası tərəfindən oğurlanaraq orqanlarının çıxarılması ilə bağlı məlumatlar yaymaqdadır.

Sumqayıt polisi bir neçə dəfə bu məlumatları təkzib edib.

Valideynlərinin mətbuata verdikləri məlumata görə, 13 yaşlı Ramin gündüz saatlarında yaşadıqları binanın həyətində oynayarkən yoxa çıxıb.

Ailə üzvlərinin dediyinə görə, Ramin Ağayev həyətdə oynayan zaman yanında iki nəfər tanımadıqları gənc var imiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG