Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Əfqanıstanda hümanitar missiyanın 5 əməkdaşı oğurlanıb


Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində yaraqlılar İsveçrənin hümanitar “Med Air” təşkilatının 5 əməkdaşını oğurlayıb.

Yerli hakimiyyətin məlumatına görə, onlardan 2-i Britaniya və Keniya vətəndaşları olan qadın həkim , 3-ü isə yerlidir.

Təşkilatın əməkdaşları bu yaxınlarda daşqın zamanı xəsarət almış xəstələrə baş çəkmək üçün çərşənbə axşamı Fayzabad şəhərinə gediblərmiş.

Hakimiyyət yaraqlılarla əlaqəyə girməyə çalışır.
XS
SM
MD
LG