Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Politoloqlar Zərdüşt Əlizadə və Hikmət Hacızadə iki qonşu ölkə arasındakı bu gərginliyin səbəbi və nəticələri haqda danışırlar.

«Bu, Azərbaycan üçün çox xoşagəlməz nəticəyə gətirib çıxara bilər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Hikmət Hacızadə İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə olunan böhran haqda danışarkən deyib.

H.Hacızadə deyir ki, dərhal bütün emosional çıxışlar dayandırılmalı, Azərbaycan hər hansı üsulla bu böhrandan çıxmalıdır:

«Azərbaycanın arxasında heç kim durmur. Qəfildən görə bilərik ki, başımızın üstündən təyyarələr uçur. Bu emosionallıq dayanmalıdır. Hikmət Hacızadə

Hikmət Hacızadə

Onlar Təbrizdə öz «mədəniyyətlərini» göstərdilər, biz də burda səfirlik qarşısında öz «mədəniyyətimizi» göstərdik, daha bəsdir».

H.Hacızadə deyir ki, çıxış yolu axtarmaq və nümayəndə heyəti göndərərək vəziyyəti düzəltmək lazımdır. Politoloq deyir ki, Azərbaycanın İrandan keçən nəqliyyat koridoru ölkə üçün çox vacibdir:

«İran böyük ölkədir və dünyaya min dənə yolu var. Bizim isə yalnız Naxçıvan və Gürcüstan yolumuz var. Bu işdə ciddi adamlar ortaya çıxmalı və danışıqlar aparmalıdırlar».

«EUROVISION» AZƏRBAYCANIN DAXİLİ İŞİDİR

Politoloq Zərdüşt Əlizadənin fikrincə, İran anlamalıdır ki, Azərbaycanı dəyişdirə bilməyəcək:

«Bizim hakimiyyət onların xoşuna gəlmirsə, onların hakimiyyəti də bizim xoşumuza gəlmir. Çalışmaq lazımdır ki, iki ölkə bir-birinin işinə qarışmadan iqtisadi, mədəni münasibətlər inkişaf etdirilsin. Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

Bizdə «Eurovision» keçirilirsə, bu, Azərbaycanın daxili işidir, İranın deyil».

Z.Əlizadə MTN-nin həyata keçirdiyi həbslərə toxunaraq bu həbslərə şübhə ilə yanaşdığını bildirir. Onun fikrincə, İranın Azərbaycanı zəbt etmək istəyi yoxdur.

H.Hacızadə isə bununla razılaşmayaraq deyir ki, İran bunu istəyir, lakin Rusiya və bu ərazidə maraqlı olan qüvvələr buna imkan vermir.

Z.Əlizadə münasibətlərin gələcəyi barədə danışaraq deyir ki, hal-hazırkı gərginlik müharibə həddinə çatmayacaq.

H.Hacızadə də müharibənin olmayacağını ehtimal edir, amma deyir ki, sülh qüvvələri qabağa duraraq bu konfliktin bitməsinə çalışmalıdırlar.

Verilişi tam olaraq buradan dinlə:


Şərhləri göstər

XS
SM
MD
LG