Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

XİN-nin nümayəndəsi İran səfirinin ölkədən getməsinə münasibət bildirib


 Elman Abdullayev

Elman Abdullayev

“Azərbaycanın xarici siyasəti real olaraq, mehriban qonşuluq, daxili işlərə qarışmamaq və qarşılıqlı hörmət üzərində qurulub, xüsusilə də öz qonşularına qarşı.
Bİz qonşularımıza məhz bu cür yanaşırıq.
Biz onlara hörmət etməyə çalışırıq və onlardan da eyni şeyi gözləyirik”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfirini geri çağırması və bu ölkədəki Azərbaycan səfirliyinə nota göndərməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, bu günlərdə İranın Bakıdakı səfirliyi qarşısında keçirilmiş etiraz aksiyalarından sonra Tehran Azərbaycandakı səfiri Məhəmməd Bağır Bahrəmini geri çağırıb.

İran bu aksiyalar zamanı ölkənin ali dini lideri Ayatullah Khameneinin təhqir olunduğunu deyir.

Səfirin nə vaxt geri dönəcəyi hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG