Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

Bakıda «demokratiya gəzintisi»


«Sing for democracy» kampaniyasına qoşulanlar mayın 23-də şəhərin mərkəzində «demokratiya gəzintisi»nə cəhd ediblər.

Təşkilatçılar gəzintini başlamamış polis və mülkigeyimlilərin müdaxiləsi ilə üzləşiblər.

Hətta onlardan sinəsində «Sing for democracy» sözləri yazılmış köynəklərin çıxarılması tələb edilib.

Aksiyaçılar isə bundan imtina ediblər. Bildiriblər ki, onlar Konstitusiyadakı sərbəst toplaşma hüququndan istifadə etməklə paytaxtda demokratiya naminə gəzmək istəyirlər.

Bundan sonra mülkigeyimlilər gəzintiyə çıxan hüquq müdafiəçilərini, gənc fəalları və jurnalistləri «Fəvvarələr meydanı»ndan uzaqlaşdırmağa başlayıblar.

Müdaxilələrə baxmayaraq, aksiya iştirakçıları gəzintilərini davam etdiriblər. Onlar polis və mülkigeyimlilərin müşayiəti ilə Dənizkənarı parkdan keçməklə Azneft meydanına qədər yürüş ediblər.

«Sing for Democracy» kampaniyası Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı tərəfindən başlanılıb.

Məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna yönəltməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG