Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

AN-30 təyyarəsi Çexiyada qəzaya uğrayıb


Çexiyanın Çaslav şəhərindəki hərbi aerodromda AN-30 təyyarəsinin qəzaya uğraması nəticəsində 7 adam yaralanıb.

Yaralılardan 2-si ağır vəziyyətdədir.

Çexiya ordusunun məlumatına görə, “Açıq səma” proqramı çərçivəsində sınaq uçuşu keçirən təyyarə yerə enərkən təkərləri açılmayıb və yanmağa başlayıb.

Alov dərhal söndürülüb.

CTK agentliyinin məlumatına görə, təyyarədə 14 Rusiya və 9 Çexiya vətəndaşı olub.
XS
SM
MD
LG