Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Bakı Funikulyoru işə düşdü


Bakı Funikulyoru təmirdən sonra, 23 may 2012
Bakı Funikulyoru təmirdən sonra, 23 may 2012
Mayın 23-də prezident İlham Əliyev Bakı Funikulyoru və Azneft döngəsindəki yeraltı piyada keçidinin açılışlarında iştirak edib.

Bu barədə rəsmi AzərTAc agentliyi məlumat yayıb.

2011-ci ildən təmirinə başlanan Funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri təzələnib, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb.

Məlumatda Funikulyorun mayın 29-dək paytaxt sakinlərinə və şəhərin qonaqlarına pulsuz xidmət göstərəcəyi qeyd edilir.

Funikulyorun qarşısına çıxan yeraltı keçidin açılışından sonra prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə də baxıblar. Onlar Bayraq Meydanının yaxınlığında istifadəyə verilən yeni iaşə obyektləri ilə tanış olublar.
XS
SM
MD
LG