Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24
Dünyanın ən bahalı brandi, yəni ticarət nişanı, başqa sözlə, şirkət adı hansıdır?

iPhone telefonların, iPad tabletlərin yaradıcısı Apple şirkəti yenə dünyanın ən bahalı brandi seçilib.

Keçən bir ildə Apple brandinin qiyməti 19 faiz artaraq 183 milyard dollara çatıb.

Başqa sözlə, bazar qiyməti 500 milyard dollar olan Apple şirkətinin qiymətinin 37 faizi onun bircə adının qiymətidir.

Facebookun adının qiyməyti 33 milyard dollardır.
Facebook son bir ildə brandinin qiyməti ən sürətlə artan şirkət olub – 74 faiz.

Dünyanın aparıcı brand və bazar araşdırma şirkəti Millward Brown hər il BrandZ adlı araşdırma aparır və dünyanın aparıcı brandlərinin siyahısını hazırlayır.

Bu ilki siyahıda 10 ən bahalı branddən 7-si texnologiya şirkətləridir.

McDonald’s və Coca-Cola kimi məşhur, ancaq texnologiyaya aid olmayan adlar isə dünyada 4-cü və 6-cı yerdədirlər.
XS
SM
MD
LG