Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

Bin Ladenin yerini deyən həkim 33 il aldı


Osama Bin Ladenin yerini deyən pakistanlı həkim 33 il həbs cəzası alıb.

O xəyanətdə təqsirli bilinib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən Shakil Afridi Bin Ladenin yerini öyrənmək üçün Abbottabad rayonunda peyvənd kampaniyası keçirib.

Osama Bin Laden 2011-ci ilin mayında ABŞ xüsusi xidmətinin keçirdiyi məxfi əməliyyat zamanı öldürülüb.

Bundan sonra İslamabadla Vaşinqton arasında münasibətlər pisləşib.
XS
SM
MD
LG