Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:58

«Qlobus.info» saytı yaradıldı


Azərbaycanda «Qlobus.info» ünvanlı yeni sayt fəaliyyətə başlayıb.

Sayt Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının «Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu» layihəsi çərçivəsində yaradılıb.

Adıçəkilən ictimai birliyin yaydığı xəbərə ğörə, «Qlobus.info» saytı mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq.

Xəbərdə vurğulanır ki, layihə çərçivəsində həmçinin gənclərə mədəniyyətin təbliğində İKT vasitələrindən maksimum yararlanmaq, onlara bu məqsədlə bloq yaratmaq, bloqçuluqdan istifadə yollarının öyrədilməsi planlaşdırılır.

Bu çərçivədə təlimlər keçiriləcək. Təlimlər həm də mədəniyyətlə bağlı gənclərin dərindən bilgiləndirilməsinə həsr ediləcək.

Layihə çərçivəsində ekspertlərin mədəniyyətlə bağlı fikir və təkliflərinin əks olunduğu broşurun nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumlar arasında paylanması, eyni zamanda virtual məkanda yayılması planlaşdırılır.
XS
SM
MD
LG