Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

2 Azərbaycan əsgərinin cəsədi aşkar edilib


Azərbaycan-İran sərhədindəki zastavada iki əsgərin meyiti tapılıb.

APA-nın məlumatına görə hadisə İmişlinin Bəhramtəpə qəsəbəsindəki sərhəd zastavasında qeydə alınıb.

Zastavasının ərazisində 1993-cü il təvəllüdlü Rahib Əliyev və 1993-cü il təvəllüdlü Tural
Kazımzadənin meyitləri aşkar edilib.

Onların avtomat silahla güllələndikləri bildirilir.

İlkin ehtimala görə, hadisəni əsgərlərdən biri törədib.

O, əvvəlcə əsgər yoldaşını, sonra isə özünü öldürüb.

Dövlət Sərhəd Xitmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG