Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Bağdadda nüvə danışıqları başlayıb


İraqın paytaxtı Bağdadda İranın ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya ilə nüvə proqramı ilə bağlı növbəti danışıqları başlayıb.

Görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano bildirib ki, İran hakimiyyəti ölkə ərazisindəki nüvə obyektlərinə baş çəkməyə razılıq verib. Ekspertlərin fikrincə, İran bunun qarşılığında beynəlxalq sanksiyaların götürülməsini istəyə bilər.

Qərb İranı nüvə proqramından əl çəkməyə çalışır.

İran parlamentinin sədri Ali Larijani deyib ki, İran bu danışıqların nəticə verməsini istəyir. Larijani “problemlərin həllinin müsbət və şəffaf danışıqlardan asılı olduğunu” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG