Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:05

İctimai Palatadakı aksiyaya daha 3 nəfər qoşulub


İctimai Palatadakı (İP) aclıq aksiyasına mayın 23-də daha 3 nəfər qoşulub.

Bu barədə AzadlıqRadiosuna İctimai Palatanın (İP) Mətbuat Mərkəzindən Leyla İlqar məlumat verib.

«Ümumilikdə 10 nəfər aclıq aksiyası keçirir, onlardan 6-sı kişi, 4-ü qadındır».

Leyla İlqarın dediyinə görə, mayın 23-də aksiya keçirənlərə Fransa və Almaniyadan olan jurnalistlər baş çəkib.

İctimai Palatanın bir qrup üzvü mayın 15-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir. Bununla paralel həbsxanada aclıq aksiyası keçirən «2 aprel» məhbusları isə aksiyanı dayandırıblar.

Əsas tələbləri İctimai Palatanın 2011-ci ilin 2 aprel aksiyası zamanı həbs olunan, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin azad olunmasıdır.

Məqsəd həm də «Eurovision 2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı insan hüquqlarının vəziyyətinə yönəltməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG