Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

Qərb bölgəsində taxıl biçini başlayır


Bu barədə Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov məlumat verib. Bildirib ki, qərb bölgəsində bu il 43 min hektar sahədə buğda əkilib. Hazırda Şəmkirdə 14 min hektar, Tovuzda 9 min hektar, Qazaxda 9 min hektar, Ağstafada 9 min hektar, Gədəbəydə isə 2 min hektar taxıl sahəsi var.

C. Qəhrəmanov deyir ki, bu il hava şəraiti yaxşı olduğundan hər hektardan 35 sentnerdən çox məhsul əldə ediləcəyini gözlənilir. Ötən il əlverişsiz hava şəraiti səbəbindən bölgədə bir hektardan 28 sentner məhsul əldə edilmişdi.

Taxıl biçini üçün bölgənin hər birində «Aqrolizinq»ə məxsus 15-20 kombayn hazır vəziyyətə gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG