Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Hulusi Kılıç qərb bölgəsində səfərdədir


İlk olaraq Goranboy rayonunda olan diplomat rayonda türkiyəli iş adamlarının yaratdığı istehsal müəssisələrinə baş çəkib. Məlumat verilib ki, türkiyəli sahibkarlar tərəfindən rayonda 15 çeşiddə tikinti materialları istehsal edən müəssisə fəaliyyət göstərir. Görüşdə Hulusi Kılıç Goranboyun potensial imkanlarını yüksək qiymətləndirib və imkanlardan gələcəkdə türkiyəli iş adamlarının faydalana biləcəyini deyib.

Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev səfirə son bir ildə rayonda 12 tikili istifadəyə verilməsindən danışıb.

Səfir günün ikinci yarısı Gəncəyə səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG