Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

Gəncədə görkəmli şəxsiyyətlərin heykəlləri və baraleyfləri hazırlanır


Bu barədə Gəncə Regional Elm Mərkəzinin direktor müavini Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, layihə icra hakimiyyətinin təşəbbüsü ilə Elmi Mərkəz tərəfindən hazırlanıb. Layihəyə əsasən Gəncənin 40-a yaxın görkəmli şəxsiyyətləri və elm xadimlərinin heykəl və baraleyfi qurulacaq.

«Orta əsrlərdən indiyədək Gəncədə yaşayıb yaratmış şəxsiyyətlərin bəzilərinin heykəlləri yaradılacaq, bəzilərinin isə evinin qarşısında baralyefi hazırlanacaq. Həmçinin həmin şəxsiyyətlər barəsində geniş məlumat yazılmış lövhələrin asılması da nəzərdə tutulub».

Samir Pişnamazzadə deyir ki, hazırda Atatürk prospektində layihə üzrə işə başlanılıb. İlin sonunadək layihə icra olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG