Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

Google Motorola`nı aldı


Google saytı
Google saytı
Mayın 23-də Google şirkəti Amerikanın mobil rabitə nəhənglərindən birini - Motorola Mobility şirkətini alıb. Bir neçə ay əvvəldən elan olunan bu razılaşmanın 12,5 milyard dollara başa gəldiyi bildirilir.

Google rəhbəri Larry Page qeyd edir ki, 80 illik tarixə malik olan Motorola özünü texnoloji yeniliklər şirkəti kimi təsdiq edib. Onun sözlərinə görə, Motorola Android texnologiyasının başlanğıcında duran bir şirkət kimi olduqca vacib tərəfdaşdır.

Motorola ilə razılaşma Google şirkətinə 17 000 texnoloji yeniliklərin patentini əldə etmək hüququ verir ki, bununla da şirkət sürətlə artan smartphone və tablet (planşet) bazarında yaxşı imkanlar qazanır. Bu sahənin lideri məhsulunda öz operativ sistemlərini istifadə edən Apple şirkəti, iPhone və iPad məhsullarıdır.

Texnoloji cəhətdən Apple`lə rəqabət aparmağın yolu Android operativ sistemləri vasitəsi ilə həyata keçirilə bilər. Amerika bazarında satılan mobil telefonların 51 faizində Android sistemidir. iPhon satışı ABŞ mobil bazarının təqribən 31 faizini təşkil edir.

Dünya planşet bazarında isə Apple`in iPad məhsulları az qala rəqabətdən kənardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG