Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04
«Bizim yol» qəzeti yazır ki, «Polis Sumqayıtda mahnı müsabiqəsinə qarşı təbliğat aparan dindarlara qarşı əməliyyat keçirdi».

Qəzet saxlanan dindarlardan mahnı müsabiqəsinin əleyhinə və radikal islamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklərin götürüldüyünü qeyd edir.

«Disklərin İranda hazırlandığı ehtimal edilir».

ERMƏNİSTANDA ÇƏTİNLİYƏ DÜŞƏN AZƏRBAYCANLI DEPUTATLAR

«Yeni Müsavat» qəzeti Ermənistana gedən azərbaycanlı deputatların Bakı ilə əlaqə saxlamasında problemlər yarandığını yazır. Qəzetə görə, bu barədə deputatlar özləri Azərbaycana, jurnalistlərə elektron poçtla məlumat göndəriblər.

«Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov azərbaycanlı millət vəkillərinin üzləşdikləri problemin normal olduğunu bildirib. M.Əmirovun sözlərinə görə, problemin əsas səbəbi Azərbaycanın Ermənistanla rabitə əlaqələrinə malik olmamasıdır».

RADİKAL MÜXALİFƏTİN MƏQSƏDİ

«Yeni Azərbaycan» qəzeti yazır ki, radikal müxalifətin keçirdiyi aksiya şoularının altında müxtəlif niyyət və məqsədlər var.

«Radikal düşərgədə sifariş əsasında «Eurovision» yarışması dövründə gələn qonaqlarda Azərbaycanla bağlı yalan təsəvvür formalaşdırmağa çalışır».

AZƏRBAYCANA QARŞI İRAN ERMƏNİSTAN LOBBİSİ

«Azərbaycan» qəzeti yazır ki, «İran Azərbaycanda maraqlarına sərf edən süni sosial problem yaradıb onu siyasi müstəviyə qaldırmaq istəyir».

«Xaricdə İranla Ermənistanın lobbisi bir yerdə fəaliyyət göstərir. Çünki bu qədər güclü və inkişaf etmiş Azərbaycan nə İrana, nə də Ermənistana sərf edir».

POLİTOLOQUN HAKİMİYYƏTƏ TƏKLİF ETDİYİ RESEPT

«Azadlıq» qəzeti politoloq Vəfa Quluzadənin hakimiyyətə xilas üçün resept verdiyini yazır.

Politoloqun verdiyi reseptə görə, «Azərbaycanın Rusiyanın təhdidlərindən çıxış yolu demokratik dövlət quraraq Qərbin bir hissəsinə çevrilməkdir».

Şərhləri göstər

XS
SM
MD
LG