Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30
-



Öz ixtirası ilə milyonlarla insanı divan və kreslolara pərçimləyən Eugene Polley Çikaqoda vəfat edib. Onun 96 yaşı var idi.

Hansısa 15-20 il əvvələ qədər Azərbaycandakı evlərdə TV-ni söndürmək, onun səsini almaq və ya kanalı dəyişmək üçün mütləq yerindən qalxıb TV aparata yaxınlaşmaq lazım gəlirdi. Sovet elektron sənayesi yeni texnologiyalara xüsusi həssaslığı ilə seçilmirdi.

Eugene Polley TV-ləri məsafədən idarə edən qurğunu icad edəndə isə, Azərbaycanda ümumiyyətlə televizor tək-tük ailələrdə var idi. Söhbət 1955-ci ildən gedir.

O zaman Amerikanın Zenith Electronic şirkətində mühəndis işləyən Polley ilk dəfə olaraq simsiz idarəetmə qurğusunu sınaqdan keçirir. Bu ixtiraya görə Polley 2000 dollar mükafat alır.

İxtiranı əvvəllər Flash-Matic adlandırırdılar. Çünki pultlar Zenith Electronic`in istehsal etdiyi ancaq Flash Matic seriyalı TV-lərdə işləyirdi. Onun ilk reklam mətni belə idi: «İndi sən sevimli kreslonda nə qədər istəyirsən otura bilərsən. Otağın bu başında parıldayan sehrli işıq o biri başdakı televizorun kanallarını dəyişir, onu yandırıb-söndürür».

Sonradan «Remote Control», Azərbaycanda isə «Pult» adı ilə tanınan bu ixtira haqda həm də onu deyirlər ki, adamları tənbəlləşdirib, milyonlarla insanı divan və kreslolara bağladı. Amma bu ixtiranın başqa nəticəsini qeyd edirlər, deyirlər ki, pult icad olunandan sonra TV kanalların sayı yağışdan sonra göbələk kimi artmağa başladı.

Reklam biznesinin də bu qurğuya xüsusi münasibəti var. Yəqin hiss etmisiz, TV kanallarda reklam roliklərinin səsi verilişlərin səsindən yüksək olur. Pultlarda «mute» düyməsi çıxandan sonra, adamlar reklam fasilələrində TV-nin səsini almağa başladılar.

Polley`nin ixtirası başqa fenomenlə də yada düşür. Kütləvi olmasa da, dünya mətbuatında tez-tez ailələrdə pult üstündə düşən münaqişələrdən xəbərlər yayılırdı. Xüsusilə TV qurğuların hələ baha və hər ailədə ancaq bir qurğu olduğu illərdə.

1997-ci ildə Polley`ə televiziyanın inkişafında xüsusi xidmətlərinə görə Amerikanın nüfuzlu Emmi mükafatı təqdim olundu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG