Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:21

Orta məktəblərdə rüşvət bilinən pullar qanuni ödənişlər imiş? [Video]


Korupsiometr 24 May-Tehsil
Gözlə

No media source currently available

0:00 0:54:29 0:00

Orta məktəblərdə təhsil pulsuzdurmu? "Korrupsiometr"də debat.

-


“Məktəb dilənən qurum deyil, məktəbin qüruru olmalıdır.” Bunu “Korrupsiometr” proqramının 24 may proqramında ekspert Etibar Əliyev bildirib.

Proqramın digər qonağı Təhsil Nazirliyinin ali və orta ixtisas şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov isə bildirdi ki, məktəblərdə hələ də rüşvət probleminin qaldığını inkar etmir. Amma ümumtəhsil məktəblərində təhsilin təşkili ilə, texniki bazanın yaradılması ilə əlaqədar valideynlər və yaxud imkanlı adamlar könüllü ödəmələr, ianələr edə bilərlər. Bu kimi ödənişlər rüşvət hesab edilə bilməz:
Ənvər İmanov
Ənvər İmanov

- Bir sıra məktəblərdə müəllim-valideyn assosiasiyaları yaradılıb, assosiasiyanın işini koordinasiya edən valideyn-müəllim komitəsi də var. Həmin məktəblərdə valideynlərin birgə iclasında qərar qəbul edib, hansısa bir məsələnin, fondun yaradılması haqqında qərar qəbul edərək kimin 20 qəpik, kimin bir manat, kimin daha çox. Hətta ola bilər ki belə faktlar var hansısa məktəblərin himayəsini imkanlı adamlar öhdələrinə götürüb böyük ianələrlə yatırım edə bilərlər.

Etibar Əliyev isə valideyn-müəllim assosiasiyasının qeyri-formal yığımın başında duran qurum olduğunu bildirdi.

- Bir sıra dövrü mətbuatlarda açıq şəkildə məktəblərin adı yazılır ki, orta məktəbdə birinci sinfə uşaq qəbulu neçəyədir.
Etibar Əliyev
Etibar Əliyev

Bu işi görənlər məktəblərin rəhbərləri bağlı adamlardır, nazirlikdə himayə olunurlar, yüksək vəzifə tutan şəxslərin qohumları və eyni zamanda təhsil nazirinin öz qohumları və təyin etdiyi şəxslərdir.

Onlarla korrupsiyanın kökünü kəsmək istiqamətində mübarizə aparmaq qeyri-mümkündür.

Ənvər İmanov şikayətçi valideynlərə Təhsil Nazirliyinin qaynar xəttinə - 146-ya zəng vurmalarını məsləhət görərək qeyd etdi ki, şikayətdən sonra valideyn və ya şagirdlər hər hansı təzyiqə məruz qalarlarsa təhsil naziri sona qədər onların hüquqlarının qorunacağına zəmanət verir.

“Korrupsiometr” debatı ətraflı burada dinləyin:



Proqram zamanı səslənmiş təkliflər:

Etibar Əliyev
  • Təhsil sahəsində islahatlar aparılsın, idarəetmə şəffaflaşdırılsın.
  • Məktəb kollektivinə öz rəhbərlərini seçmək imkanı verilsin.
  • Qeyri-hökumət təşkilatlarının monitorinqlərinə imkan verilsin.
  • Təhsil Nazirliyinin “Qaynar xətt”inə rüşvətlə başlı daxil olan müraciətlər ictimaiyyətə təqdim olunsun.

Ənvər İmanov
  • “Qaynar xətt”ə müraciət edən şəxslər özlərini təqdim etsinlər, anonim şikayət verməsinlər.
Orta məktəblərdə rüşvət mövzusunda rastlaşdığın hadisələr, eşidib-bildiklərin, yaxud onun qarşısının alınması üçün ideyaların varsa, buyur, aşağıdakı foruma göndər, müzakirələrə sən də qoşul.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG