Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

FİFA Kosovo komandası ilə yoldaşlıq görüşlərinə razılıq verdi



Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası – FİFA mayın 22-də Kosovo komandası ilə yoldaşlıq oyunlarının keçirilməsinə razılıq verən qərar qəbul edib. Bununla da bu yeni ölkənin – Kosovonun futbol komandası FİFA-nın üzvü olan 208 ölkənin komandaları ilə yarışlara qatıla biləcək.

Kosovo bu qərarı özünün beynəlxalq tanınması istiqamətində ciddi addım kimi bayram edir.

Kosovo 2008-ci ilin fevralında Serbiyadan ayrılaraq özünü müstəqil dövlət elan edib. Amma hələlik bu ölkəni BMT üzvü olan dövlətlərdən 90-ı, o cümlədən Azərbaycan onu dövlət kimi tanımayıb. Onu hətta Avropa Birliyinin üzvü olan 27 ölkədən 22-i də tanımaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG