Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:55

Misirdə polis aksiya iştirakçısını öldürdüyünə görə 10 il həbs aldı



Misirin paytaxtı Qahirədə 5 polis əməkdaşı 10 il müddətinə azadlıqdan məhrum edilib. Polis işçiləri keçmiş prezident Hosni Mubarakın zamanında etiraz aksiyası iştirakçılarına atəş açıb onları öldürməkdə ittiham edilirlər. İttihama görə onlar 2011-ci il yanvarın 28-də və 29-da keçirilən etiraz aksiyasında 5 nəfər etiraz aksiyası iştirakçısını öldürüblər.

Amma həmin polis əməkdaşları hələlik tapılmayıb, onlar qiyabi məhkum olunublar. na hökm oxunub.

Həmin hadisələrə görə bundan əvvəl də bir neçə dəfə polis əməkdaşları məhkəmə qarşısına çıxarılıblar. Amma indiyə qədər onlar ya bəraət alırdılar, ya da yüngül cəzalarla cəzalandırılırdılar.
XS
SM
MD
LG