Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Qazaxıstanda sayqa antilopların ölümünün səbəbləri araşdırılır



Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, yüzlərlə nadir sayqa antilopunun ölümünün səbəbləri iki həftəyə məlum olacaq. Ölkənin şimal əyaləti olan Kustanayda azı 543 bu tip antilopun cəsədi tapılıb. Onların əksəriyyəti də dişi heyvanlar olub.

Daha 120 antilopun cəsədi də Rusiya və ABŞ kosmonavtlarının Beynəlxalq Kosmik Stansiyadan yerə endikləri ərazinin yaxınlığındakı Sorşa kəndində tapılıb. Amma hələlik antilopların ölümünün kosmik aparatın yerə düşməsi ilə hər hansı əlaqəsi məlum deyil.

Sayqa antiloplarının nəsli kəsilmək üzrədir. Onlar hazırda əsasən Qazaxıstanda və Rusiyanın Kalmık respublikasında yaşayırlar. Ehtimallara görə hazırda yalnız 50 000 bu növ antilop yaşayır. Sovet İttifaqının süqutundan bəri onların ovlanmasına qəti qadağa qoyulub.
XS
SM
MD
LG