Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

«Eurovision» təşkilatçılığı… [Video]


Kulturoloq Rəhman Bədəlov, kinoşünas Aygün Aslanlı, bəstəkar Vüqar Camalzadə, Azərbaycanın Xalq artisti Flora Kərimova mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın tədbirə hazırlığı barədə danışırlar.

««Eurovision» mahnı müsabiqəsinə münasibət adekvat deyil».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında kulturoloq Rəhman Bədəlov bildirib.

R.Bədəlov deyir ki, hazırda elə bir fikir yayılıb ki, bu müsabiqə hətta olimpiadan da vacibdir. Lakin hər bir tədbirə o zaman «hə» ya «yox» demək olar ki, ona çəkilən xərclər şəffaf olsun. Onun fikrincə, bu tədbirə bu qədər xərc çəkmək lazım deyildi:

«Belə bir fikir yürüdülür ki, bu iqtidar olmasaydı, belə bir tədbir olmazdı. Halbuki heç yerdə bu tədbir iqtidarla bağlanmır. Həmçinin elə bir təəssürat yaradılır ki, bura gələn xaricilərin fikri Azərbaycan üçün tale əhəmiyyətlidir. Bu, adi bir tədbirdir və ona adi yanaşmaq lazımdır».

R.Bədəlov deyir ki, «Eurovision» ətrafında hay-küy qaldırmaq pulların mənimsənilməsi üçün lazımdır. Bu cür tədbirlər ictimaiyyətin iştirakı ilə keçirilməlidir.

«EUROVISION» ÖLKƏ HƏYATINI DONDURDU

Müğənni Flora Kərimova isə bildirir ki, korrupsiya halları kimi mənfi hallar «Eurovision»dan əvvəl də vardı:

«Əvvəllər bu kimi hallar olurdu və heç kimin ayağına yazmaq olmurdu. Lakin indi «Eurovision» var deyə, onun ayağına yazırlar».

F.Kərimova deyir ki, az da olsa, vəsaitin bir qismi Azərbaycanın xeyrinə işlənilir və xalq üçün nəsə qopartmaq olur. Onun fikrincə, tikilən binalar, abadlıq işləri necə olursa olsun yenə də xalqa qalır.

Kinoşünas Aygün Aslanlı deyir ki, «Eurovision»la əlaqədar ölkənin həyatı bir illiyə donursa, deməli, burda anormallıq var:

«Deyirlər ki, müsabiqəyə görə banklarda ipoteka krediti verilmir, Mədəniyyət Nazirliyi filmlərə pul ayırmır, rayonlarda müəllimlərin maaşından kəsirlər. Bir ölkənin həyatı bu tədbirdən asılı hala düşübsə, bu, araşdırılmalıdır…».

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG