Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

NATO-nun Qarabağ bəyanatına görə Serzh Sargsyan sammitdən imtina etdi


Ermənistan prezidenti Serzh Sargsyan (sodla) Belçikada NATO-nun Baş katibi Andres Fogh Rasmussenlə görüşdə, 6 mart 2012-ci il.

Ermənistan prezidenti Serzh Sargsyan (sodla) Belçikada NATO-nun Baş katibi Andres Fogh Rasmussenlə görüşdə, 6 mart 2012-ci il.

-

NATO-nun Çikaqo Sammitinin yekununda qəbul edilən bəyannaməyə görə Ermənistan prezidenti həmin sammitdən imtina edib. Bunu Ermənistanın Xarici İşlər naziri Edward Nalbandyan Çikaqoda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

NATO-nun Çikaqoda keçirilmiş sammitinin mayın 21-də qəbul edilmiş bəyanatında qeyd edilir ki, NATO Cənubi Qafqaz və Moldovadakı münaqişələrdə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü müdafiə edir: “Bu münaqişələrin BMT-nin nizamnaməsi, beynəlxalq qanunlar və Helsinki Yekun Aktının müddəaları əsasında sülh yolu ilə həllinə dəstəyimizi davam etdirəcəyik. Tərəfləri sabitlik və təhlükəsizliyə ziyan verə biləcək addımlardan çəkinməyə çağırırıq” – deyə bəyanatda qeyd edilir.

NATO təmsilçiləri bundan əvvəl Qarabağ münaqişəsi ilə bağlı suallara adətən “bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur” cavabını verirdilər. İlk dəfədir ki, Şimali Atlantika Alyansı sənədində Qarabağ münaqişəsi haqqında da belə detallı ifadələrlə qeyd edir.

Ermənistanın Xarici İşlər naziri Edward Nalbandyan isə qeyd edir ki, bəyanatın mətninin layihəsində həmin ifadələri görəndən sonra prezident sammitdə iştirakdan imtina edib. Nazir NATO-nun bəyanatında qeyd olunanları Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun indiyə qədər bəyan etdiyi prinsiplərə zidd hesab edir.

“Bu ifadə forması təkcə Qarabağ üzrə sülh danışıqlarına problem yaratmaqdan savayı həm də regionda vəziyyətə təhlükə yarada bilər. Bu xüsusilə də Azərbaycanın militarist bəyanatları fonunda çox təhlükəli ola bilər” – deyə Ermənistanın Xarici işlər naziri deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG