Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

Türkmənistan, Pakistan və Hindistan qaz kəməri razılaşması imzalayır


Türkmənistan, Hindistan və Pakistan türkmən qazının bu ölkələrə çatdırılmasına dair razılaşma imzalamağa hazırlaşırlar. Qərbin informasiya agentlikləri yazırlar ki, ABŞ-ın dəstək verdiyi bu razılaşma mayın 23-də Türkmənistanda imzalanacaq.

Dəyəri 7.6 milyard dollar hesablanan bu kəmərin çəkilməsi ideyası hələ 1990-cı illərdə vardı. Amma onu həyata keçirmək mümkün olmamışdı.

Türkmənistan rəsmiləri 1 735 kilometr uzunluğunda bu kəmərin ildə 33 milyard kubmetr qaz nəql edəcəyini deyirlər.

Keçən həftə Hindistan hökumətinin də bu kəmər vasitəsilə nəql ediləcək qazdan almaq qərarını təsdiq edib. Kəmərin təxminən 2016-cı ildə işə düşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG