Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:40

AXCP üzvü aclıq aksiyasını dayandırdı


Mayın 22-də AXCP üzvü Nüşabə Qafarlı Müsavat Partiyasının qərargahında keçirdiyi aclıq aksiyasını dayandırıb.

Bu haqda AzadlıqRadiosuna İctimai Palatadan məlumat veriblər.

Aksiyanın 5-ci günündə səhhətində problemlər yarandığı üçün Nüşabə Qafarlı aksiyanı dayandırmalı olub.

Hazırda həbsdə olan Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahov, Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Rəna Rəhmanova və Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının üzvü Nəzakət Muradova da aksiyaya qoşulub.

10-dan çox adam həbsdə olan «vicdan məhbusları»nın azad olunması tələbi ilə mayın 15-dən aclıq aksiyası keçirir. İndiyə qədər aksiyaya 25-dən çox adam qatılıb.

Mayın 15-dən saxlandıqları həbsxanalarda aclıq aksiyasına başlayan «vicdan məhbusları» isə Arif Hacılı istisna olmaqla mayın 20-də aksiyanı dayandırıblar.
XS
SM
MD
LG