Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12

Milli Məclis 2 qanunu dəyişdi


Milli Məclisin mayın 22-də keçirilən iclasında «Konstitusiya Məhkəməsi haqqında» qanuna dəyişiklik edilib. Yeniliklə Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətilərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Konstitusiya Məhkəməsi hakimlərinin yaşı 70-ə çatanda və onlar hakimin şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə səlahiyyətilərinə vaxtından əvvəl xitam verilə bilər.

Parlament «Prokurorluq haqqında» qanuna da dəyişiklik edib. Yeniliyə görə, hərbi prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Xidməti binaların mühafizəsini isə hərbçilər deyil, hüquq mühafizə orqanlarının əməkdaşları təmin edəcək. /Mediaforum/

Günün bütün mövzuları

XS
SM
MD
LG