Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28

İrandakı etiraz aksiyasında 60 nəfər həbs olunub


İranda qurumaqda olan Urmiya gölünün yox olmasının qarşını almaq üçün keçirilən etiraz aksiyasında 60 nəfər həbs olunub. Etirazçılar hökuməti tədbirlər görməyə çağırıblar.

İranın şimal-qərbində yerləşən Urmiya gölü dünyanın ən böyük duzlu göllərindən biridir. Şirin su mənbəyinin olmaması və quraqlıq səbəbindən Urmiya gölü son 20 ildə iki dəfədən çox kiçilib.

Gölün xilası üçün təcili tədbirlər planının ötən ay parlament tərəfindən rədd edilməsi ölkədə narazılıqla qarşılanıb. Əyalət deputatlarından biri Cavad Cahangirzadə aksiyaları davam etdirməyə çağırıb. Deyib ki, gölün quruması İranın ekosisteminə sağalmaz zərbə vuracaq.

Parlamentə təqdim olunan təcili tədbirlər panında Araz çayından gölə kanal açılması təklif olunurdu.

Urmiya gölü UNESCO tərəfindən qorunan biosfer növü hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG