Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

«Eurovision»la bağlı avtobus marşrutunun xətləri müəyyən edilib


«Eurovision 2012» mahnı müsabiqəsinin yarımfinal və final günlərində yerli əhalinin daşınması üçün vətəndaşların minik nəqliyyat vasitələrini saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Bayraq Meydanı istiqamətinə avtobus marşrutunun xətləri müəyyən edilib.

Bu barədə bazar ertəsi Trend Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, E6, E7 və E8 marşrutlarının fəaliyyəti yarımfinal və final günlərində nəzərdə tutulur.

Türkiyədən icarəyə alınmış MAN-NEOPLAN markalı avtobusların 7 ədədi təşkilat komitəsinin sərəncamına ayrılıb. Media nümayəndələrinin hotellərdən Bayraq Meydanına daşınması üçün 6 ədəd İSUZU markalı avtobus ayrılıb.

Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında, orta hesabla, 6-10 taksi avtomobilləri xidmət göstərir. Hava limanında mütəmadi olaraq 50 taksi müvafiq duracaqlarda xidmət göstərməkdədir.

Bakı şəhərinə gəlmiş ölkələrin sayı 42-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG