Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:07

Suriyada 20-dən artıq adam həlak olub


Mayın 21-də Suriyada hökumət qoşunları ilə silahlı müxalifət arasında baş verən qarşıdurma zamanı azı 20 adam həlak olub. Bu haqda Londonda yerləşən Suriya Hüquq Müdafiə Təşkilatı məlumat verib.

Şiddətli döyüşlər Deraa və Hama əyalətlərində baş verib. Bundan başqa Homs şəhərində də 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

BMT-nin baş katibi Ban ki Moon Suriyadakı böhranın geniş miqyaslı vətəndaş müharibəsinə çevriləcəyindən narahatlığını bildirib.
XS
SM
MD
LG