Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 08:23

NATO Əfqanıstanla bağlı qərarını verdi


Çikaqoda keçirilən sammitdə NATO liderləri qoşunların Əfqanıstandan çıxarılma strategiyasını təsdiqləyib. Plana görə, NATO 2013-cü ilin ortasından başlayaraq qoşunlarını Əfqanıstandan çıxaracaq və 2014-cü ilin sonuna qədər proses başa çatmalıdır. Bu müddət ərzində yerli təhlükəsizlik qüvvələrinə lazımi təlimlər keçiləcək.

Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, artıq beynəlxalq aləmə yük olmaq istəmir və bu müzakirələri müsbət sayır.

50-dən çox ölkənin lideri sammitdə iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG