Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:38

Nazirlərin açıqlamaları… [Video]


Nazirlərin açıqlamaları…
Gözlə

No media source currently available

0:00 0:54:55 0:00
Direct-ə keçid

İqtisadçı-ekspert Natiq Cəfərli ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvü Mirvari Qəhrəmanlı Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun və Maliyyə naziri Samir Şərifovun açıqlamalarına münasibət bildirirlər

«Azərbaycanda dövlət hər şeyi öz nəzarətində saxlamaq istəyir»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspert Natiq Cəfərli Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun və Maliyyə naziri Samir Şərifovun açıqlamalarına münasibət bildirərkən deyib.

«Qızıl yataqlarını istismar edən bu özəl şirkətlər normal şəkildə seçilsəydi, Azərbaycan mühitində rəqabət aparmalı olsaydı, o zaman dövlətin bu işə qarışmaq ehtiyacı qalmazdı. Həmin şirkətin özü komissiya qurub vətəndaşlarla normal danışıqlar aparardı, müəyyən razılaşmaya gələrdi. Lakin indiki halda dövlət orqanları vətəndaşların deyil, xüsusi investor adı altında bura gələn, offşor zonada qeydiyyatdan keçmiş, hakim ailəyə məxsus şirkətlərin maraqlarını qoruyurlar».

N.Cəfərli qızılın saflaşdırma üçün xaricə çıxarılarkən miqdarının müəyyən ediləcəyi barədə deyilənlərə inanmır. Onun fikrincə, bu şirkətlər prezidentin qızlarına məxsusdursa,
Natiq Cəfərli
Natiq Cəfərli
Gömrük Komitəsi bununla bağlı düzgün məlumat verməyəcək. O həmçinin deyir ki, bir sıra dövlət orqanlarına tender keçirmədən iş görmək imkanı verilib ki, bu da korrupsiyaya yol açır:

«Hökumət bunu işlərin sürətlənməsi və keyfiyyətin artırılması arqumenti ilə izah etdi. Amma biz görürük ki, keyfiyyət barədə söhbət belə gedə bilməz. Çünki bir dəfə gördükləri işləri beş dəfə təzədən görməli olurlar».

HEÇ KƏS RƏSMİ SƏNƏD ORTAYA QOYMUR

QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvü Mirvari Qəhrəmanlı isə deyir ki, 2006-cı ildən tanınmayan, qeyri şəffaf şirkətlərin adı nəinki qızıl istehsalında, həm də neft sənayesində çəkilir. M.Qəhrəmanlı bildirir ki, heç kəs qızıl yataqlarının alınmasının hansı qanunla tənzimlənəcəyi haqda bir rəsmi sənəd ortaya qoymur:

«Şirkətlər ətrafında müzakirələr getməli idi. Bilinmir ki, bu işi kommersiya şirkəti yoxsa dövlət həyata keçirir. İnsanlarla ictimai dinləmələr keçirilmir».
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

DÖVLƏT BU QƏDƏR ACGÖZ OLMASAYDI...

«Eurovision» mahnı müsabiqəsinə xərclənmiş pullar haqqında danışarkən Natiq Cəfərli «Crystal Hall»a xərclənmiş 106 milyon manatı həddindən artıq böyük rəqəm adlandırıb:

«Bayraq Meydanına qədər çəkilən 3 km-lik yola 64 milyon vəsaitin xərclənməsi nə ilə bağlıdır? Olmazdı ki, bu işi belə tələsik etməyəydilər? Burda üç növbəli iş rejiminə keçdilər, əlavə avadanlıqlar, texnika aldılar. Bütün bunlar əlavə xərclərdir və bunların xərclənmə mənbəyi Azərbaycan büdcəsidir».

Natiq Cəfərli deyir ki, dövlətin bu qədər acgözlüyü olmasaydı, konsert salonunu xüsusi mülkiyyətçilər tikərdi və bu, daha münasib olardı.

Verilişi tam olaraq buradan dinləyin:


XS
SM
MD
LG