Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

Yardımlının polis rəisinin müavinindən şikayət var


Foto: Arxiv
Foto: Arxiv
Yardımlıdan Əflatun Nəzərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, rayon polis rəisinin müavini Seyran Davudlu onun qardaşı Aslan Nəzərovu narahat edir.

Əflatun Nəzərov: «Bu ilin mart ayında Seyran Davudlu İranda yaşayan Xudat adında şəxsə zəng vurub tapşırıb ki, Yardımlıdan Aslan Nəzirovu İrana dəvət et, ona narkotik ver, rayona qayıdanda tutum. Aslan qanuni yolla gedib İrana, Xudat adında adamla tanış olub. Söhbət zamanı Xudat ona deyib ki, sizin rəis müavini Seyran Davudlu mənə zəng edib tapşırıb ki, səni bura çağırım, narkotik verim, qayıdanda səni həbs etsin. Mənim qardaşım 2005-ci ildə həbsdən buraxılıb. Həmin vaxtdan rəis müavini qardaşımı qaralayıb. Hər addımını izləyir, şərləyib həbs etdirmək istəyir. Onu da deyim ki, Seyran Davudlu indiyə qədər rayonda neçə adamı belə şərləyib, tutdurub».

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə Əflatun Nəzərovun dediklərini təkzib edərək onun söylədiklərinin əsassız, qərəzli və böhtan xarakterli olduğunu bildirdi.

Orxan Mansurzadə: «Yardımlı RPŞ-nin rəis müavini Seyran Davudlu müsbət xarakterizə olunan, işinin öhdəsindən gələn və rayon ərazisində xüsusən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəallığı ilə seçilən əməkdaşlardandır. Məsələ ilə əlaqədar polis rəisi bu yaxınlarda adıçəkilən müavininin iştirakı ilə Əflatun Nəzərovu qəbul etmişdir. Söhbət zamanı şikayətçi Seyran Davudluya ünvanladığı ittihamların guya bəzi sakinlərin söz-söhbətlərindən yarandığını bildirməklə faktiki özünü təkzib etmişdir. Əflatun Nəzərov özü də etiraf edir ki, vaxtilə narkotik vasitələrin qaçaqmalçılığına görə məhkum olunmuş qardaşı Aslanın indi də qonşu dövlətə gediş-gəlişi var... Ona görə qabaqdangəlmişlik edən Əflatun Nəzərovun rəis müavini Seyran Davudlu barədə dedikləri mahiyyət etibarilə həm də şantaj xarakterlidir. Bu, cinayətkarlıqla, xüsusən narkomaniya kimi təhlükəli sosial bəlaya qarşı mübarizədə polis əməkdaşlarını öz qanuni vəzifələrini yerinə yetirməkdən çəkindirmək məqsədi daşıyır. Ancaq onun belə cəhdləri əbəsdir...».

Əflatun Nəzərov isə deyir ki, rəis müavinin hərəkətlərindən Daxili İşlər Nazirliyinə teleqramlar vursalar da, cavab almayıblar.
XS
SM
MD
LG