Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Təhsil naziri ali təhsilli qızların gözəl olmadıqlarını deyir


-



NAZİR ÜZR İSTƏMƏDİ, GÜL GÖNDƏRDİ

Ukraynanın Təhsil naziri ölkənin ali təhsilli qızların cəlbedici olmadığını deyəndən sonra etirazlarla üzləşib.

Nazir Dmytro Tabachnyk keçən həftə demişdi ki, ölkədə ali məktəblərdə təhsil alan və diplomlu qızlar elə də gözəl, cəlbedici olmurlar.

Mayın 21-də isə bir qrup tələbə qız Təhsil Nazirliyinin qarşısına toplaşaraq nazirin həmin ifadələrinə etiraz ediblər. Onlar tələb edirlər ki, nazir ya üzr istəsin, ya da vəzifəsindən istefa versin.

Nazir Tabachnyk etiraz aksiyası iştirakçıları ilə görüşməkdən imtina edib. Amma əllərində güllərlə nazirlikdən çıxan üç nəfər aşağı vəzifəli şəxs etirazçılara yaxınlaşaraq onların da gözəl olduqlarını deyiblər. Amma qadınlar gülləri götürməkdən imtina edərək nazirin özünün onlardan üzr istəməsini tələb ediblər.

BAŞ NAZİR QIZLARDAN ÜZR İSTƏDİ

Amma Baş nazir Mykola Azarov öz Facebook səhifəsində qadınlardan üzr istəyərək yazıb: “Görünür, təhsil naziri bu sözləri söyləyəndə çox yorğun imiş.”

Nazir Tabachnyk özü də tarix üzrə professordur. O, 2010-cu ilin martında nazir vəzifəsinə gəldiyi günün səhərindən etiraz aksiyaları ilə üz-üzədir. Ölkədəki elm adamları onu ictimai yerlərdə açıq-aşkar ziyalıları təhqir etməkdə günahlandırırlar.

PREZİDENTİN SƏRMAYƏÇİLƏRƏ GÖZƏLLİK TƏKLİFİ

Bu ilin yanvarında Ukrayna prezidenti Viktor Yanukovych də ölkəsinin qadınları haqqında işlətdiyi sözlərə görə təəccübə səbəb olmuşdu. Davosda Dünya İqtisadi Forumunda sərmayəçilərlə görüşü zamanı prezident demişdi: “Havalar istiləşəndə Ukraynada qızlar soyunmağa başlayırlar. Siz yazda Ukraynaya gəlin, elə gözəllər görəcəksiz! Bu çox gözəl olur!”











Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG