Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05

Avronun axırı nə olacaq? - Nobel mükafatçısı Krugmanın cavabı


Amerikalı iqtisadçı Paul Krugman

Amerikalı iqtisadçı Paul Krugman

Dünyada tanınmış iqtisadçı çoxdur. Ancaq onda niyə onların proqnozları çox vaxt düz çıxmır?
Bu sualın bir cavabı odur ki, tanınmış iqtisadçıların demək olar ki, hamısı elə tanınmış şirkətlərdə işləyir. Onların proqnozları bir qayda olaraq həmin şirkətlərin mövqeyini əks etdirir.

Ona görə də müstəqil, nüfuzlu şirkətdən asılı olmayan iqtisadçının proqnozu çox qiymətlidir.
Belə iqtisadçılardan biri – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, New York Times qəzetinin köşə yazarı, ABŞ-dakı Princeton Universitetinin professoru Paul Krugmandır.

Avronun axırı nə olacaq?
Krugman bu mövzuda son vaxtlar geniş yaılar yazır. Azadlıq Radiosu Paul Krugmanla söhbət edib.

Azadlıq Radiosu: Hazırda iqtisadiyyatda bir mövzu var. O da Yunanıstandır. İqtisadçılar, siyasətçilər Yunanıstanın avrozonadan çıxa bilməsi, bunun o biri avrozona ölkələri arasında zəncirvari reaksiya doğura bilməsi haqda xəbədarlıqlar edirlər, bəziləri isə deyir ki, böyük risk yoxdur. Siz bunun axırını necə görürsünüz?

Paul Krugman : Əgər Yunanıstan avrozonadan çıxsa, bu, çox pis olacaq. Və çox güman ki, bu baş verəcək. Bu, Yunanıstan iqtisadiyyataına ağır zərbə olacaq. Yunanıstanın borclarına da zərbə dəyəcək.
Ancaq avropalılar lazım olanları etsələr, bütün bunlar bütünlükdə avrozonanın dağılmağına gətirməyə bilər.
Onda bu, o qədər də pis hadisə olmayacq. Çünki belə götürəndə Yunanıstan iqtisadiyyatı kifayət qədər kiçikdir, Yunanıstan avrodan çıxanda yalnız birinci il çox pis olacaq.

Azadlıq Radiosu: Avro qorunub, saxlanılmalıdırmı? Saxlanmalıdırsa, hansı yolla?

Paul Krugman: Mənim fikrimcə, avro bütün mümkün yollarla saxlanmalıdır.
Əgər avro məhv olsa, bu çox pis olacaq.
Avro səhv idi, düz idi, bunun əhəmiyyəti yoxdur. Əgər səhv idisə, yenə saxlanmalıdır.
Avro məhv olsa, bu, Avropa layihəsi üçün, rifah, demokratiya üçün pis olacaq.
Mən ona tərəfdaram ki, avronu saxlamaq üçün Avropa Mərkəzi Bankı Avropa banklarına və hökumətlərə uzun müddətli borclar versin və eyni vaxtda inflyasiya hədəflərini qaldırsın.

Azadlıq Radiosu: Avro böhranı nə qədər çəkəcək? Həftələr, aylar, illər?

Paul Krugman: Aylar. Həftələr yox. Hətta Yunanıstan böhranının özü tezliklə yoluna qoyulmaycaq.
Ancaq əgər Yunanıstandan avrozonadan getsə və mən bunu belə də gözləyirəm, bu hadisə bir neçə ayın içində olacaq. Bu baş verəndə avrozonanın digər ölkələrinə həqiqət çox tez çatacaq.
Ona görə yaxın bir ildə bu böhranda aydın həll tapılmasa, bu mənim üçün gözlənilməz olacaq

Azadlıq Radiosu: Avro məhv olsa, dollar qalxacaqmı?

Paul Krugman: Bu, çox dolaşıq məsələdir. Burda maraqlı odur ki, avro dağılsa, dollar nəyə nisbətdə qalxacaq? Avro dağılsa, alman markası olacaq. Özü də bu, çox güclü valyuta olacaq.
Bəziləri hətta bunun gözlənilməz dərəcədə güclü olacağını düşünür.
Məndə əminlik yoxdur ki, bütün bunların dollara hansı effekti olacaq. Ancaq ona əminəm ki, hər şey “avro dağıldı, ona görə dollar qalxdı” – kimi sadə deyil.
XS
SM
MD
LG