Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

«Eurovision»un ən «tənbəl» iştirakçısı kimdir?


«Eurovision» – Avropa Yayım Birliyinə üzv ölkələrin iştirak etdiyi illik musiqi müsabiqəsidir.

İlk müsabiqə 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilib. İlk qalibi də İsveçrədən Lys Assia olub.

1956-cı ildən başlayaraq 26 ölkənin iştirakçısı «Eurovision»un qalibi olub. 1969-cu ildə 1-ci yeri eyni vaxtda 4 ölkə tutub – İspaniya, Fransa, Hollandiya və Böyük Britaniya.

«Eurovision» xəritəsi

Your browser does not support inline frames or is currently configured not to display inline frames.
«Eurovision» haqda maraqlı faktlar

Ən «səsli» ölkə

Müsabiqədə ən çox qələbə İrlandiyaya məxsusdur – 3-ü ardıcıl olmaqla 7 qələbə

Ən uğursuz ölkə

«Eurovision»da qələbə üzünə uzun müddət həsrət qalan ölkə isə Portuqaliyadır. Müsabiqəyə 1964-cü ildən qatılan bu ölkənin ən yaxşı nailiyyəti 1996-cı ildə 6-cı yer olub.

Ən çox xal toplayan ölkə

«Eurovision» tarixində ən çox xalı 2009-cu ilin qalibi - Norveç təmsilçisi Alexander Rybak toplayıb – 387

«Eurovision»un ən gənc qalibi

Bu, belçikalı Sandra Kim'dir. 1986-cı ildə müsabiqəni qalib başa vuranda onun cəmi 13 yaşı vardı. İndiki qaydalara əsasən, iştirakçının yaşı 16-dan yuxarı olmalıdır.

Ən böyük stadion

Müsabiqənin keçirildiyi ən böyük məkan 2001-ci ildə Danimarkadakı «Parken» stadionu olub. Həmin meydana 38000 tamaşaçı toplaşıb.

Ən «kiçik» ev sahibi

«Eurovision»un keçirildiyi ən kiçik şəhər İrlandiyanın Millstrit şəhəridir. Onun cəmi 1500 əhalisi var.

Ən «tənbəl» iştirakçı

Müsabiqənin ən passiv iştirakçısı Mərakeş sayılır. Bu ölkə «Eurovision»da yalnız bir dəfə - 1980-ci ildə iştirak edib.
XS
SM
MD
LG