Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Müsəlman qadınları kütləvi şəkildə ərə veriblər


Arxiv foto
Arxiv foto

Nigeriyada 100 müsəlman cütlük üçün pulsuz kəbin mərasimi keçirilib, yerli hökumət dul və boşanmış qadınları yenidən ərə verib, ümumilikdə 1000 cütlük üçün toy ediləcək

Nigeriyanın şimalındakı Kano şəhərində kütləvi müsəlman toyu baş tutub. Yerli hökumət eyni zamanda 100 cütlüyün kəbinkəsmə mərasimini təşkil edib.

AFP xəbər verir ki, şəhər Hisbah (şəriət əsasına münaqişələri inzibati formada həll edən qurum) idarə heyəti dul, boşanmış qadınlara yardım etmək qərarına gəlib. Hökumət üzvləri elan ediblər ki, gənc yaşlarında zorla qoca kişilərə ərə verilən, ana ola bilmədiklərinə görə ailədə zorakılıqla üzləşən və boşanan qadınların yenidən ailə qurmasına vasitəçilik etmək lazımdır.

Radio kampaniyası nəticəsində bu cür qadınlarla evlənməyə razılıq verən 1000 kişi seçilib. Bunlar arasından seçilən ilk 100 nəfər üçün qadın tapılıb və onlar üçün sosial toy təşkil edilib. Cütlüklər birgə yaşayış üçün lazım olan hər bir şeylə təmin olunublar. Onlara mebel, qab-qacaq, yataq dəsti və az miqdarda (təxminən 150 ABŞ dolları) pul verilib.

Lakin bəzi yerli hüquq müdafiəçiləri bu cür kütləvi kəbinlərin əleyhinə çıxış edirlər. Qadın hüquqları uğrunda mübarizə aparan İheoma Obibi deyir ki, hökumət qadınlara seçim imkanı buraxmayıb, onlar kor-koranə ərə veriliblər. Ailə qurmaq istəyən qadınlar kəbinkəsmə mərasiminin vaxtını və yerini özləri müəyyən edə bilmirlər.

Buna baxmayaraq, gəlinlər arasında hökumətin bu qərarından razılıq edənləri də çoxdur. Hisbah idarə heyəti ümumilikdə 1000 nəfəri evləndirmək niyyətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG