Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

Çikaqoda NATO-nun sammiti keçirilir


NATO liderləri Çikaqoya iki günlük sammitə toplaşıb.

Sammitdə əsas müzakirə mövzularından biri qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı məsələlər olacaq.

50-dən çox ölkənin lideri sammitdə iştirak edir. Pakistan və Əfqanıstan prezidentləri də sammitə qatılıb.

NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, Avropanın raket əleyhinə müdafiə sistemi yaradılıb və bütün imkanları ilə işləyir.

Rasmussen bunu sammitin birinci gününün sonunda bəyan edib.

Rusiya bu sistemin əleyhinədir.

Sammitin əsas müzakirə mövzularından biri 21-ci əsrdə də hərbi alyansın güclülüyünü və mahiyyətinə uyğun fəaliyyətini saxlamaqdır. Eyni zamanda sammitdə qoşunu çıxarandan sonra Əfqanıstanda sülhə və təhlükəsizliyə necə nail olmağı müzakirə ediləcək.

Sammiti ABŞ prezidenti Barak Obama açıb. O, Əfqanıstan prezidenti Hamid Karzai ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG