Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Rusiyanın ali məktəblərinə 23 azərbaycanlı qəbul olunub


Növbəti tədris ili üçün Rusiyanın ali məktəblərinə 23 nəfər azərbaycanlı gənc qəbul olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, Rusiyanın XİN-nin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiyanın digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər, II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup ixtisasları üzrə 6 nəfər qəbul olunub.

Rusiya ali məktəblərinə qəbul imtahanları mayın 18-də keçirilib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.

Mayın 19-da TQDK-da Rusiya Federasiyasının ali təhsil müəssisələrinə müsabiqənin ikinci mərhələsi keçirilib.
XS
SM
MD
LG