Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmadı


Mayın 21-də Bakı Apelyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin apelyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Apelyasiya şikayəti Qaradağ rayon məhkəməsinin 29 mart tarixli qərarından verilmişdi. Bəxtiyar Hacıyev cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmişdi. Ancaq həmin müraciət təmin edilməmişdi.

Bəxtiyar Hacıyev keçən ilin martında həbs olunmuşdu. O Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bəxtiyar Hacıyev ittihamı qəbul etmir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu və siyasi məhbus sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG