Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

Mayın 22-də Milli Məclisin növbəti iclası keçiriləcək


Mayın 22-də Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.

YAP-ın rəsmi səhifəsinin yaydığı məlumata görə, iclasda «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun ikinci oxunuşda, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq.

Bundan başqa «Prokurorluq haqqında», «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin nümunəvi nizamnaməsi haqqında» və digər qanun layihələrinə dəyişikliklər ediləcək. İclasda bir neçə hökumətlərarası sazişin təsdiq olunması məsələsinə də baxılacaq.
XS
SM
MD
LG