Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

Eurovision favoriti Loreen müsabiqə təşkilatçılarına qəzəblənir


Eurovision mahnı müsabiqəsinin rəsmi açılışı böyük təmtəraq və atəşfəşanlıqla keçdi. Amma bayram ovqatı yaratmaq üçün keçirilən bu rəsmi mərasim heç də hamının ürəyindən olmayıb.
Müsabiqədə “Euphoria” mahnısı ilə çıxış etməyə hazırlaşan İsveç müğənnisi Loreen, deyəsən Bakı atəşfəşanglığından xüsusi eyforiya keçirməyib. İsveçin Aftonladet saytına inansaq, İsveç nümayəndə heyəti EuroClub`dakı bayram şənliyini qəzəblə tərk edib.

Tədbiri “fiasko” adlandıran Aftonladet yazır ki, Loreen və İsveç nümayəndə heyətinin digər üzvləri açılış mərasimində iştirak etmək üçün 3 saat avtobusda gözləməli olublar. Nəhayət qırmızı xalçadan keçib EuroCluba daxil olan kimi isə təşkilatçılar onları az qala zorla bayıra çıxarıblar ki, atəşfəşanlığa tamaşa etsinlər.
- Bu məni məyus edir. Artistlər bura gəliblər ki, işlə məşğul olsunlar, əvəzində 3 saat avtobusda oturub gözləməlidilər. Mən bunu təşkilatçılarla müzakirə edəcəyəm ki, bir də belə şey təkrar olmasın. – deyə İsveç nümayəndə heyətinin rəhbəri Christer Bjorkman Aftonbladeyə bildirib.
Norveç nümayəndə heyətinin rəhbəri Stian Malme isveçlilərin gileyini qismən təsdiq edir. Mərasimdən xüsusi şikayətlə danışmasa da vg.no saytına müsahibəsində deyir ki, tədbir daha yaxşı təşkil oluna bilərdi. Onun sözlərinə görə, norveçlilər də avtobusda bir qədər
Eurovision 2012. Rəsmi açılış

gözləyiblər. Amma tədbirdə 2 saata yaxın qalıblar və ac olduqlarına görə hotelə tez qayıdıblar. “Parti”də yemək yox idi ki? sualına Malme cavab verir:
- Yox, mən yemək görmədim. Yəqin ki, orda hardasa yemək var idi, amma biz olduğumuz hissədə deyildi. Hiss olunurdu ki, təşkilatçılar bu qədər adam axınını qarşılamağa tam hazır deyildilər. Çoxlu fan var idi. Maraqlı bayram idi, amma yəqin ki, başqa çürə təşkil oluna bilərdi.
Atəşfəşanglığın adətən “birnəfəsə” atıldığına alışan Malme Bakıda hər saatdan bir atılan fişəng atəşlərinə də təəccüblənir.

AzadlıqRadiosunun Eurovision Gündəliyini burada izlə

Şərhləri göstər

XS
SM
MD
LG