Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:30

Suriyada müşahidəçilərin maşın karvanı fuqasa düşüb


Suriyada beynəlxalq müşahidəçilərin rəhbəri general Robert Moodu müşaiyət edən maşın karvanının 150 metrliyində partlayış baş verib.

Amma xəsarət alan olmayıb.

Maşın karvanı Duma şəhərində yoldan ötərkən fuqasa düşüb.

Hədəfin kim olduğu bəlli deyil.

Müşahidəçilər missiyasının nümayəndəsi hələlik məsələyə münasibət bildirməyib.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də toqquşmalar davam edir.
XS
SM
MD
LG