Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Yanukoviç Avropanın bəyanatlarına cavab verməyə hazır olduğunu deyir


“Kiyev Avropa ölkələrinin tənqidi bəyanatlarına cavab verməyə hazırdır”.

Bunu Ukrayna prezidenti Viktor Yanukoviç bazar günü televiziya ilə çıxışında bəyan edib.

O qeyd edib ki, rəsmi Kiyev bu bəyanatların tonallığından narahatdır, amma buna baxmayaraq açıq dialoq aparır və Avropanın gözünə düz baxır.

Prezidentin sözlərinə görə Ukraynanın heç bir Avropa ölkəsi ilə münasibəti korlanmayıb.

Hazırda Ukraynada həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkoya görə Kiyevlə
Avropa Birliyi arasında münasibətlər gərginləşib.

Səlahiyyətlərini aşmaqda ittiham olunan Timoşenko hazırda 7 illik həbs cəzası çəkir.

Avropa ölkələri məsələnin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG