Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56
Mayın 20-də Bakı-Qazax yolunun Şəmkirdən keçən hissəsində 6 nəfərin ölümüylə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, Şəmkirdən Gəncəyə gələn 20-CA-543 dövlət nömrə nişanlı
“PAZ” markalı avtobus səhər saatlarında polis postunun yaxınlığında aşıb.

Polisin məlumatına görə sürücü “Qadağandır” işarəsinə məhəl qoymayaraq təmirə dayanmış yola girib və nəticədə avtobus yolda qazılmış dərin çuxura düşüb.

Həmçinin 1 nəfərin yaralandığı bildirilir.

Qəzadan yalnız bir nəfər salamat çıxıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG