Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Böyük 8-lər ölkələri hesab edir ki, Yunanıstan avrozonada qalmalıdır


Böyük 8-lər ölkələrinin Kemp-Deviddə keçirilən sammitində yekun bəyannamə qəbul edilib.

Liderlər ikigünlük sammit zamanı beynəlxalq təhlükəsizlik problemləri, dünya iqtisadiyyatının vəziyyəti, Əfqanıstan və Afrika ölkələrinə yardım məsələlərini müzakirə ediblər.

Qəbul edilmiş bəyannamədə İran nüvə proqramıyla bağlı bütün suallara cavab verməyə çağrılır, habelə Suriya münaqişəsinin həlliylə bağlı beynəlxalq sülh planına dəstək bildirilir.

Yunanıstandakı borc böhranıyla bağlı avrozonada yaranmış vəziyyətə gəldikdə isə, liderlər
Yunanıstanın avrozonada qalmasının tərəfdarı olduqlarını bildiriblər.

Barack Obama İran, Suriya və Şimali Koreya məsələləri də daxil olmaqla liderlərin bir sıra beynəlxalq məsələlərdə bir araya gəldiklərini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG