Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

İranlı repper Shahin Najafinin yeni mahnısına görə edamı istənilir


Almaniyada yaşayan musiqiçi, reper Shahin Najafi
Almaniyada yaşayan musiqiçi, reper Shahin Najafi
Dindarlar «Nağı» adlanan mahnıda şiələrin 10-cu imamının təhqir edildiyini deyir

YouTube də yayılan video-çarxda ilk baxışdan günbəzi xatırladan, üstündə LGBT-nin (Lesbian, Gay, Biseksual, Transseksual) bayrağı dalğalandığı qadın döşü təsviri var.

Təsvir belə bir sözləri olan mahnı ilə müşayiət olunur:

- Nağı, mən sizin yumor hissinizə and içirəm
(səndən) uzaq bu sürgündə
Həyatın böyük hissəsində
Bizim arxamızda hədələyici tərzdə oturur...

İranda bəziləri mahnını İmam Nağıya hörmətsizlik və təhqir kimi qiymətləndirib. Bəzilərininsə fikrincə, bu, dini tabunu sındırmaqdır.

Shahin Najafi 2005-ci ildə Almaniyaya gedib. O, AzadlıqRadiosuna bildirib ki, dini təhqir etmək niyyətində olmayıb. Shahin Najafinin sözlərinə görə, əvvəllər «Mehdi» adlı mahnı oxuyub və buna heç bir reaksiya verilməyib: «Bir şey yazanda heç vaxt onun nəticəsi haqqında düşünmürəm».

BAŞINA PUL QOYULUB

Onun başına 100 min dollar mükafat qoyulub və edamına çağırışlar səslənir. Bu barədə İran dindarlarının veb-saytında yazılıb. Orda mükafatı vəd edilir, amma mükafatın kimin verəcəyi açıqlanmır. Sadəcə bunun bir ərəb ölkəsi olduğuna işarə edilir.

Bu həftənin əvvəllərində yarım rəsmi Fars xəbər agentliyi bildirib ki, ayatollah Safi Golpayegani Shahin Najafinin əleyhinə fətva verib və onu dönük adlandırıb.

Mahnı müəllifi Najafi isə deyir ki, o, təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb.

Shahin Najafinin fikrincə, hətta kiminsə dini təhqirə yol verdiyi təqdirdə belə onun öldürülməsinə çağırmaq yolverilməzdir.

Mahnıda Najafi Nağıya müraciət edir ki, İmam Mehdinin (şiələr inanırlar ki, qeybə çəkilmiş imam Mehdi zühur edib dünyanı qurtaracaq) əvəzinə zühur edib dünyaya ədalət gətirsin.

Mahnıda Nağıya xitabən deyilir ki, qeybə çəkilmiş imam yatarkən biz səni çağırırıq.

Amma yalnız dini kəsim yox, İran müxalifətinin bəzi üzvləri də hesab edirlər ki, Najafi sərhəddi keçib. «Facebook»-da bir Tehran fəalı yazıb ki, imamlar və müqəddəslər təhqir olunmamalıdır.

İranın dindar qismi imamları müqəddəs sayır. Ateistlər üçün isə onlar sadəcə tarixi şəxsiyyətlərdir.

Shahin Najafi hesab edir ki, problem məsələlərə ehkam və ideoloji baxışlarla baxanlardadır.

Hədələrə görə, Najafi təəssüflənmir. Deyir ki, əgər bir anlıq belə təəsüflənsəydi, onda musiqiyə «əlvida» deməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG