Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:16

Suriyada toqquşmalar davam edir


Suriyanın paytaxtı Dəməşqin ətrafında yenidən hökumət qüvvələrilə silahlı müxalifət arasında toqquşma olub.

Suriyalı hüquq müdafiəçiləri paytaxtın ətrafındakı nəzarət-buraxılış məntəqələrindən birində atışma olduğunu xəbər verirlər.

İtkilər barədə hələlik məlumat yoxdur.

Dəməşqin ətrafındakı Duma rayonunda isə bir neçə partlayış törədilib.

Şənbə günü intiharçının Hələb şəhərində törətdiyi partlayışda isə 9 nəfər ölüb.

Aprelin 12-dən ölkədə atəşkəs rejimi elan edilsə də toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG