Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38
İctimai Palatanın 12 üzvü aclıq aksiyasını davam etdirir. Onlardan 7-i qadın, 5-i kişidir. Bu haqda məlumatı AzadlıqRadisouna aclıq edənlərdən biri, sabiq baş nazir Pənah Hüseyn verib.

Onun sözlərinə görə, mayın 19-da aksiya iştirakçılarından biri Əli Həsənov aclığı dayandırmalı olub. Əli Həsənovun səhhəti pisləşib. Ona həkim çağırılıb. Qan təzyiqi yüksək olan aksiyaçıdan həm həkimlər, həm də yoldaşları aclığı dayandırmasını xahiş ediblər.

Pənah Hüseyn deyir ki, mayın 21-dən aksiyaya yeni adamlar qoşulacaq.

Aclıq aksiyası mayın 15-dən keçirilir. Aksiya iştirakçıları ötən ilin aprelində İctimai Palatanın mitinqi zamanı həbs olunan müxalifətçilərin və beynəlxalq qurumların «vicdan məhbusu» kimi tanıdığı başqalarının azadlığa buraxılmasını tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG